Yeni ili qarşılamağımıza saatlar qalıb. İnsanlar bu gün bayramı qeyd edir, sevdikləri ilə hədiyyələşir, ailəsi ilə bayram süfrəsi üçün hazırlıqlar görür. Dünyanın hər yerində Yeni ilin gəlişi fərqli cür qeyd olunur. Hər ölkənin öz adət-ənənələri, inancları var.
Bizim.Media sizlərə ən maraqlı 9 Yeni il ənənəsini təqdim edir.
1. Evə sağ ayaqla daxil ol
Şotlandiya və Yunanıstanda insanlar inanırlar ki, yeni ildə evə birinci girən şəxs ya şans, ya da bədbəxtlik gətirəcək. Saat 12 olan kimi evə ilk kimin gəldiyinə diqqət edirlər. Dostların və ya qohumların sağ ayaqla evə girməsi xoşbəxtlik və bolluq əlamətidir.
2. Tullanmaq
Danimarkalılar Yeni ilə girərkən əyləşdikləri stullardan tullanırlar. Bunun pis ruhları qovduğuna və şans gətirdiyinə inanılır. Braziliyalılar bayram günü sahilə gedib 7 dəfə dalğanın üstündən tullanaraq 7 dilək tuturlar.
3. 12 üzüm
İspaniyada və digər Latın ölkələrində Yeni ildə 12 üzüm yeməyin 12 ay xoşbəxtlik və firavanlıq gətirəcəyinə inanılır. Üzümləri yemək üçün saat 12-ni gözləməlisiniz.
4. Dilək kağızları
Rusiyada Yeni il arzusunun həyata keçirilməsi çox ciddi bir məsələdir və ruslar bunu həyata keçirmək üçün çox səy göstərirlər. İnsanlar kiçik kağız parçalarına öz arzularını yazır, bu kağızları yandırır, sonra yanan kağızın külünü şampan şüşəsinə atıb bu şampandan içirlər.
5. Boş çamadan
Səyahət etməyi sevənlər üçün möhtəşəm Yeni il ənənəsi: Kolumbiyada bütün ili səyahətlə keçirmək istəyənlər boş çamadanla küçədə dolaşırlar.
6. Rənglərə diqqət edin
Geyim və onların rəngləri ilə bağlı bir çox ənənələr var. Braziliyada yeni il ərəfəsində şər ruhları qovmaq üçün ağ paltar geyinirlər. Çində qırmızı rəngli paltarları uğur gətirməsi üçün geyinirlər.
7. Yeməklər
Bəzi ölkələrdə yuvarlaq formalı yeməklərin rifah gətirdiyinə inanılır. İtaliyada mərcini Yeni il ənənəsi kimi yeyirlər, çünki onlar bir az pula bənzəyir və bununla da, bütün ilin bərəkətli olacağına inanırlar.
8. Yumru meyvələr
Dəyirmi əşyalar məsələsini bir addım da irəli aparan Filippinlilər yumru formalı meyvələri yeyir və məhsuldarlığın simvolu olduğu üçün süfrələrində nümayiş etdirirlər. Bir-birlərinə pul verirlər, hətta xallı paltarlar geyinirlər. İspanlar kimi 12 yumru meyvə yemək də adətdir.
9. Güllə gələcəyi desin
Bəzi insanlar gələcəyi oxumaq üçün qəhvə falına baxırlar. Almaniyada və bəzi ölkələrdə, gələcəyi şərh etmək üçün qurğuşun tökürlər. Almanlar ərimiş qurğuşunu soyuq suya tökür və qurğuşunun alacağı formaya görə yeni illə bağlı proqnozlar verməyə çalışırlar. Məsələn, ürək və ya üzük şəklini alırsa, bu, yeni ildə toy olacağına, gəmiyə bənzəyirsə, səfərin çox olacağına işarədir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:12 / 31.12.2024
Dünyada ən qəribə Yeni il ənənələri
Hazırda oxunan: Dünyada ən qəribə Yeni il ənənələri
Hazırda oxunan: Dünyada ən qəribə Yeni il ənənələri
227881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.