2024-cü ilin noyabr ayından etibarən İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida) malikanəsində kirayə verilən kotteclərdən birində daimi yaşamağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times“ mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Trampın ən yaxın adamlarından biri olan Mask, Respublikaçının prezident seçkilərində qələbəsindən dərhal sonra siyasətçinin iqamətgahından bir neçə yüz fut aralıda yaşamağa başlayıb.
Bu addım Maska Trampla şəxsən asanlıqla ünsiyyət qurmağa, o cümlədən ABŞ-nin seçilmiş prezidenti ilə şam yeməyinə qatılmağa imkan verir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:55 / 31.12.2024
Mask Trampın malikanəsindəki kotteclərdən birində yaşayır
Hazırda oxunan: Mask Trampın malikanəsindəki kotteclərdən birində yaşayır
Hazırda oxunan: Mask Trampın malikanəsindəki kotteclərdən birində yaşayır
227877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.