Bu ölkədə koronavirusa görə pişikləri və göyərçinləri məhv etmək əmri verildi

Hazırda oxunan: Bu ölkədə koronavirusa görə pişikləri və göyərçinləri məhv etmək əmri verildi

22782

Şimali Koreya rəhbərliyi ölkədəki koronavirusun yayılmasını dayandırmaq üçün Çinlə həmsərhəd bölgələrdə pişiklərin və göyərçinlərin məhv edilməsinə əmr verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily NK” nəşri məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kim Çen İn cins şalvar geyinməyi qadağan etdi


Rəsmilərə görə, heyvanlar virusu ölkəyə qonşu dövlətdən gətirir. Xesan şəhərindəki ailələrdən biri ev pişiyini vermədikləri üçün 20 gün təcridxanaya yerləşdirilib.

Ailə səlahiyyətlilərə pişiyinin yalandan öldüyünü bildirib, lakin bir neçə gün sonra heyvan KXDR və Çin arasındakı sərhəddəki hasarda görünüb. Onu tutmaq mümkün olmayıb, ancaq sahiblərini müəyyənləşdiriblər.

Nəticədə pişik götürülüb və ailə təcrid olunub.

KXDR-də indiyədək koronavirus infeksiyası qeydə alınmayıb, şübhə yalnız bir dəfə olub. Ölkə dəfələrlə xarici yardıma ehtiyac duymadıqlarını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin