Son 5 gündə dünyada neçə təyyarə qəzası baş verib? - SİYAHI

Hazırda oxunan: Son 5 gündə dünyada neçə təyyarə qəzası baş verib? - SİYAHI

227766

2024-cü ilin son günləri daha çox təyyarə qəzaları ilə yadda qaldı. Maraqlıdır ki, son 5 gündə xeyli sayda aviaqəza baş verib. Halbuki, qısa zamanda bu qədər təyyarə qəzası heç zaman olmamışdı.

Bizim.Media son 5 gündə baş vermiş təyyarə qəzalarının xronologiyasını təqdim edir:

1.  Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. İlkin ehtimallara görə təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

2. Dekabrın 28-də Kanadada “Air Canada” aviaşirkətinə məxsus təyyarə Halifaks şəhərinin hava limanına qəza enişi edib.  İlkin məlumata görə, hadisəyə səbəb təyyarənin şassi hissəsində problemin yaranması olub. Nəticədə təyyarə eniş edərkən onun qanadı uçuş-enmə zolağına çırpılıb və yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. İnsident səbəbindən Halifaks aeroportu müvəqqəti olaraq bağlanıb.

3. Dekabrın 28-də  Oslo-Amsterdam reysi lə hərəkət edən "Boeing 737-800" qəzaya uğrayıb. Verilən məlumatda bildirilir ki, "KLM Royal Dutch Airlines" şirkətinə məxsus hava gəmisi hidravlik sistemdəki nasazlıq səbəbindən Norveçdə təcili eniş etməyə məcbur olub. Təyyarə Norveç paytaxtından 110 km cənubda yerləşən Sandefjord hava limanına yönəldilib. Uğurlu enişə baxmayaraq, təyyarə uçuş-eniş zolağından kənara çıxaraq ot örtüyü üzərində dayanıb. Göyərtədə sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 182 nəfər olub. Xəsarət alan yoxdur.

4. Dekabrın 29-da Cənubi Koreyanın Muak aeroportuna eniş zamanı sərnişin təyyarəsi qəzaya uğrayıb. “Ryonhap” agentliyi iki nəfərin sağ qaldığının, qalan sərnişinlərin və ekipaj üzvlərinin öldüyünün ehtimal edildiyini yazır. 

Qeyd edək ki, “Juju Air” aviaşirkətinə məxsus “Boeing 737” Banqkok-Muan reysi ilə uçub. Göyərtəsində 181 nəfər olub. Şahidlərin dediyinə görə, təyyarə enərrkən şassidə nasazlıq yaranıb və o, uçuş-enmə zolağına dəyərək alışıb. 

Qəzanın səbəbləri müəyyənləşdirilir. İlkin versiya kimi təyyarənin quş dəstəsi ilə toqquşduğu bildirilir. 

5.Dekabrın 29-da BƏƏ sahillərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Əl-Cəzirə Hava Klubuna məxsus təyyarənin qəzaya etməsi nəticəsində iki nəfər həlak olub. BƏƏ Mülki Aviasiya Baş İdarəsi səlahiyyətli orqanların təyyarənin qəzaya uğramasının səbəblərini araşdırdığını bildirib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin