Dünyanı dəyişdirən 5 dəhşətli epidemiya - SİYAHI

Hazırda oxunan: Dünyanı dəyişdirən 5 dəhşətli epidemiya - SİYAHI

227755

COVİD19 pandemiyasının yayıldığı vaxtdan 5 il keçir. Bu dəhşətli pandemiya nəticəsində dünyada 6 milyona yaxın insan həyatını itirib. Bununla belə, sivilizasiya hələ də bu epidemiyanın fəsadlarından və yan təsirlərindən qurtula bilmir.

Bəs tarix boyu hansı dəhşətli pandemiyalar və epidemiyalar olub?

Bizim.Media sivilizasiyanın yarandığı gündən bu günə kimi baş vermiş ən dəhşətli pandemiyanın siyahısını hazırlayıb.

Nəzərə alaq kİ, epidemiyalar qədim sivilizasiyalar üçün əsas təhlükələrdən biri idi. Naməlum, yüksək yoluxucu xəstəliklər böyük itkilərlə yanaşı, sosial və iqtisadi dəyişikliklərə də səbəb olur. Belə deyək ki, bu epidemiyalar dünyanı məhvərindən oynadır.

Het taunu

Təxminən eramızdan əvvəl 14-cü əsrin 20-ci illərində  Het İmperatorluğu iyirmi il davam edən naməlum bir xəstəliklə əhatə olundu. Het kralı II Mursili hesab edirdi ki, epidemiya atasının Misirlə müqavilələri pozduğuna görə tanrıların cəzalandırması nəticəsində yaranıb. Hetlər bu xəstəliyə əsir götürülən Misir əsgərlərindən yoluxmuşdular. Bu barədə məlumatlar qədim Hattuşa ərazisində salnamələri olan gil lövhələrin tapılması sayəsində günümüzə gəlib çatıb.

Bundan əlavə, elm adamları hesab edirlər ki, Het vəbası bioloji müharibənin ilk qeydə alınmış hadisəsidir. Çünki hetlər tulyaremiyaya yoluxmuş qoyunları Arzava krallığının qoşunlarına göndərirdilər. Xəstəlik, Mursilinin qardaşı və atası I Suppiluliumanın da həyatını itirməsi də daxil olmaqla, Het krallığının əhalisini xeyli azaldıb.

Afina vəbası

Eramızdan əvvəl 430-cu ildə Sparta döyüşçüləri Afinanı 40 gün mühasirəyə aldıqda, şəhərin divarları xaricində, Attikanın hər yerindən qaçqınlarla dolu müəmmalı bir xəstəlik başladı. Tarixçi Fukididin dediyinə görə, o, şəhərəlimandan, daha dəqiq- Efiopiyadan daxil olub.

Epidemiya beş il davam etdi və Afina əhalisinin dörddə birini öldürdü. Simptomlara qızdırma, ağrılı xoralar və ishal daxildir. Dəqiq diaqnoz epidemioloji tarixçilər arasında mübahisə mövzusu olaraq qalmasına baxmayaraq, nəzəriyyələr tif atəşindən viral hemorragik qızdırmaya qədər dəyişir. Bu epidemiya Peloponnes müharibəsi zamanı Afinanı xeyli zəiflətdi və Spartanın son qələbəsinə töhfə verdi.

Antonin vəbası - İlk Pandemiya

Galen vəbası adlanan Antonin vəbası eramızın 165-ci ilində Roma İmperiyasını vurdu.  Epidemiyanın Selevkiyanın (indiki İraq) mühasirəsi zamanı baş verdiyi güman edilir. Epidemiya 15 il davam etdi və 189-cu ildə yenidən təkrarlandı. 161-180-ci illərdə hökmranlıq edən İmperator Markus Aurelius Antoninusun şərəfinə adlandırılan yeni epidemiya təkcə Romada gündə 2000-ə qədər insanın həyatına son qoyurdu. Alimlərin fikrincə, həmin illərdə imperiyanın hər yerində təxminən 7,5 milyon insan (Roma İmperiyası əhalisinin təxminən 10%-i) həlak olub.

Bu əhali itkisi Roma İmperiyasının tənəzzülünün başlanğıcını qeyd edən ciddi əsgər və işçi qüvvəsi çatışmazlığına səbəb oldu. Antonin vəbasının dünyada ilk pandemiya olduğuna inanılır.

Kipr vəbası

Xəstəlik onun simptomlarını ilk dəfə sənədləşdirən Karfagen yepiskopu Kiprianın şərəfinə adlandırıldı. Kipr vəbası Efiopiyada eramızın 250-ci illərində ortaya çıxdı.  Xəstəlik, ya çiçək və ya viral hemorragik qızdırma qurbanlarında qanaxma, qusma, səpgi və şiddətli ishal keçirməyə səbəb oldu. Bu tip qızdırmaya səbəb olan viruslara, məsələn, Ebola və Marburq daxildir.

Təxminən 20 il ərzində epidemiya həm Roma şəhərlərini, həm də kənd yerlərini dağıdıb, III əsrdə Roma İmperiyasının Böhranı kimi tanınan ağır siyasi və iqtisadi qeyri-sabitlik dövrünə töhfə verdi.

Justinian vəbası

Konstantinopol qədim Bizans imperiyasının ən mühüm şəhərlərindən biri idi. İlk hadisə 541-ci ildə Misirin Pelusium limanında sənədləşdirilib. Elə həmin il yoluxmuş birələri daşıyan siçovullar Misirdən taxıl gəmiləri ilə Konstantinopola gəliblər. Bu, ilk sənədləşdirilmiş bubon taun pandemiyasının başlanğıcını idi. Təkcə Konstantinopolda xəstəlik zirvəsində gündə 5000-ə qədər insanın ölürdü. Hətta imperator Justinian özü dı yoluxdu, lakin sağ qaldı. Epidemiya şəhər əhalisini məhv  vergi yığımını iflic etdi və Yustinyanın Roma İmperiyasını yenidən birləşdirmək xəyallarına son qoydu.

Yustinian vəbası VIII əsrin ortalarına qədər təkrarlanan ilk epidemiya idi. Bu, bəşər tarixində ən ölümcül pandemiyalardan biri hesab olunur, çünki iki əsr ərzində vəbadan təqribən 100 milyonadək insan ölüb. Bu da o vaxtkı Avropa əhalisinin 60 faizi demək idi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin