İranın xarici işlər naziri Abbas Arakçi 2025-ci ilin İrana nüvə məsələsi baxımından mühüm il olacağını bildirib.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.
O, Çin rəsmiləri ilə görüşündə İranın nüvə problemi də daxil olmaqla, geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi apardığını bildirib. Arakçi həmçinin regional və beynəlxalq məsələləri, Əfqanıstan, Suriya, Qəzza və Livandakı terror problemini müzakirə etdiyini deyib.
İranın xarici işlər naziri əlavə edib: "İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən ticarət, iqtisadiyyat, təhlükəsizlik və enerji sahələrində irəli sürdüyü təkliflərə baxış keçirilib".
Rəsmi nümayəndə heyətinə başçılıq edən Abbas Arakçi şənbə günü Çinə səfər edib və çinli həmkarı Van Yi ilə görüş zamanı hər iki tərəf ölkələri arasında strateji əlaqələri gücləndirmək və inkişaf etdirmək istəyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:51 / 29.12.2024
İran nüvə silahı əldə edib? - Nazir AÇIQLADI
Hazırda oxunan: İran nüvə silahı əldə edib? - Nazir AÇIQLADI
Hazırda oxunan: İran nüvə silahı əldə edib? - Nazir AÇIQLADI
227686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.