İranda hakimiyyət orqanları mollalarla birlikdə türklər əleyhinə əks fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı İran KİV-nə istinadən yayıb.
Belə ki, İran hökuməti Ərdəbildə din xadimləri və məddahların iştirakı ilə "Müqavimət Cəbhəsi və Çaldıran Şəhidlərini Anma" adlı mərasim keçirəcək.
Məlumata görə, mərasimdə saat 20:00-da İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli və bir sıra məddahlar çıxış edəcəklər.
Qeyd edək ki, Ərdəbilin cümə imamı İranda yaşayan etnik türklər arasında dini fitnə salmaq üçün öz fəaliyyətlərini davam etdirir.
Həsən Amoli Tehranın göstərişi və İran hökumətinin maraqlarını təmin etmək məqsədilə qərəzli olaraq Azərbaycana, eləcə də etnik türklərə qarşı açıqlamalar verir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:04 / 29.12.2024
Ərdəbildə türklər əleyhinə tədbir keçiriləcək?
Hazırda oxunan: Ərdəbildə türklər əleyhinə tədbir keçiriləcək?
Hazırda oxunan: Ərdəbildə türklər əleyhinə tədbir keçiriləcək?
227674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.