Britaniya Xarici İşlər Nazirliyi AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı müstəqil araşdırma tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
“Fikirlərimiz bu hadisədən təsirlənən bütün insanlarla, o cümlədən həyatını itirənlərin ailə üzvləri və dostları ilədir”, - deyə bəyanatda qeyd edilib.
Həmçinin nazirliyin bəyanatında bildirilib ki, Prezident Vladimir Putinin üzrxahlığı Rusiya dövlətinin məsuliyyətsiz və ehtiyatsız hərəkətlərinin digər ölkələrin maraqlarına və milli təhlükəsizliyinə ciddi və birbaşa təhlükə yaratdığını etiraf etmir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:46 / 29.12.2024
Britaniya XİN təyyarə qəzası ilə bağlı müstəqil araşdırma tələb etdi
Hazırda oxunan: Britaniya XİN təyyarə qəzası ilə bağlı müstəqil araşdırma tələb etdi
Hazırda oxunan: Britaniya XİN təyyarə qəzası ilə bağlı müstəqil araşdırma tələb etdi
227569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.