Moskvadan Aİ-nin sanksiyasına cavab: Bu şəxslər Rusiyaya buraxılmayacaq

Hazırda oxunan: Moskvadan Aİ-nin sanksiyasına cavab: Bu şəxslər Rusiyaya buraxılmayacaq

227542

Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiya paketinə cavab olaraq Avropa institutları və təşkilata üzv ölkələrin Rusiyaya girişləri qadağan olunacaq nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qurumun məlumatına görə, Aİ ölkələrinin dövlət və kommersiya təşkilatlarının nümayəndələri, Ukraynaya hərbi yardım göstərilməsinə məsul olan Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının ölkəyə girişi qadağan edilib.

“Avropa İttifaqı tərəfindən istənilən qeyri-dostluq aktları bundan sonra da vaxtında və adekvat cavab alacaq”, - Rusiya XİN-dən bildirilib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin