Diyarbəkirdə qətlə yetirilən 8 yaşlı Narin Güranla bağlı bu gün məhkəmə qərarı AÇIQLANACAQ

Hazırda oxunan: Diyarbəkirdə qətlə yetirilən 8 yaşlı Narin Güranla bağlı bu gün məhkəmə qərarı AÇIQLANACAQ

227450

Məhkəmənin Diyarbəkirdə qətlə yetirilən 8 yaşlı Narin Güranla bağlı bu gün qərar verəcəyi gözlənilir.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günkü məhkəmədə Narinin anasının ifadəsindən sonra qərar açıqlanacaq.

Bütün ölkəni şoka salan qətlin törədilməsi işinə Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsində baxılır. Narinin ölümündə və cəsədinin daşınmasında şübhəli bilinən əmisi Selim Güran, anası Yüksel Güran, qardaşı Enes Güran və qonşusu Nevzat Bahtiyarın məhkəməsi davam edir. Saxlanılan 4 nəfər ağırlaşdırılmış ömürlük həbs cəzası ilə mühakimə olunurlar .

Xatırladaq ki, dünən keçirilən məhkəmədə həbs olunan müttəhim Nevzat Bahtiyar Narini öldürmədiyini, sadəcə onun cəsədini daşıdığını deyib:

"Mən Narini öldürməmişəm, sadəcə meyitini daşımışam. Onu daşımaq üçün cəzam nədirsə, onu qəbul etməyə hazıram. Selim əlləri ilə cəsədi mənə verdi və dedi: "Bunu parça-parça edib yox elə". İndi bütün günahı mənim üzərimə atırlar".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin