Kazan hava limanı təyyarələrin qəbulu və yola salınmasını bərpa edib.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
"Kazan hava limanında Moskva vaxtı ilə saat 10:05-dən təyyarələrin qəbulu və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - məlumatda qeyd olunub.
Müvəqqəti məhdudiyyətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilmişdi.
Qeyd edək ki, dünəndən etibarən Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmırdı.
Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib, digər təfərrüatlar açıqlanmayıb.
Bizim.Media