ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların ailələrini, o cümlədən uşaqları Amerika torpaqlarında doğulmuş valideynləri ölkədən qovacaq.
Bizim.Media “Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin gələcək sərhəd təhlükəsizliyi kuratoru Tomas Homan məlumat verib.
O, vurğulayıb ki, deportasiya olunan valideynlərə seçim hüququ veriləcək - uşağı tək qoymaq, ya da özü ilə aparmaq.
Homan əlavə edib ki, Birləşmiş Ştatlar uşaqları olan qeyri-qanuni miqrantların ailələrini həbsdə saxlamaq praktikasına qayıdacaq. Bu məqsədlə yaşayış şəraiti yüngül olan ayrıca müvəqqəti binalar tikiləcək.
Xatırladaq ki, Donald Tramp daha əvvəl dəfələrlə qeyri-qanuni miqrantları ölkədən deportasiya edəcəyini bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:11 / 27.12.2024
Övladları ABŞ-da doğulan miqrantlar da DEPORTASİYA EDİLƏCƏK
Hazırda oxunan: Övladları ABŞ-da doğulan miqrantlar da DEPORTASİYA EDİLƏCƏK
Hazırda oxunan: Övladları ABŞ-da doğulan miqrantlar da DEPORTASİYA EDİLƏCƏK
227245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.