Ölkəmizin Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açıldı - FOTO

Hazırda oxunan: Ölkəmizin Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açıldı - FOTO

227232

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı səbəbindən dekabrın 26-da Azərbaycanda matəm günü elan olunması ilə bağlı ölkəmizin Küveyt Dövlətindəki səfirliyində dövlət bayrağı yarıya qədər endirilib və xatirə kitabı açılıb.

Səfirlikdən Bizim.Media-ya bildirilib ki, Küveyt Dövlətinin hakim ailəsinin üzvləri, Küveytin Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, Küveyt ictimaiyyətinin tanınmış simaları, habelə yerli media nümayəndələri Azərbaycan Respublikasının səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin