Nazir müavini: "Yaralılar arasında vəziyyəti ağır olanlar da var”

Hazırda oxunan: Nazir müavini: "Yaralılar arasında vəziyyəti ağır olanlar da var”

227202

“Xəsarət alan uşağın vəziyyət orta ağırdır. Vəziyyətləri ağır olan üç nəfər də hazırda Aktau şəhərindədir”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.
 

Nazir müavini qeyd edib ki,yaralılardan bəzilərində kəllə-beyin travmaları və yüksək hündürlükdən yıxılma nəticəsində ağır zədələr müşahidə olunub.


Onun sözlərinə görə, bütün yaralılar tam müayinə olunacaq: “Evakuasiya riski olmayacağı təqdirdə, Qazaxıstandakı yaralılar Bakıya gətiriləcək, yaralıların durumu sabitləşəndən sonra isə onlar ambulator müalicəyə göndəriləcəklər".

İ. Qasımov bildirib ki, gün ərzində ikinci təyyarə ilə xəsarət alan digər yeddi nəfərin gətirilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin