Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin (AİB) sammitindən əvvəl qaldığı villanın həyətində odun doğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə foto Telegram kanallarında yer alıb.
Xatırladaq ki, AİB-in sammiti bu gün öz işinə başlayıb.
Sammiti giriş sözü ilə açan Rusiya prezidenti Vladimir Putin deyib ki, AİB çoxqütblü dünyada başqalarından asılı olmadığını sübut edib:
"Birliyin fəaliyyəti ölkələrin ticarətinə və sərmayə mübadiləsinə dəstək verir, tərəflər arasında kooperasiyanı dərinləşdirir".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan tədbirə videobağlantı ilə qoşulub. Onun koronavirusa yoluxduğu iddia edilir.
Bizim.Media