Rusiya Ukrayna münaqişəsinə görə Tramp administrasiyası ilə məsləhətləşmələrə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ümid edirəm ki, Ağ Ev münaqişənin ilkin səbəblərini araşdıracaq. Ukraynada atəşkəs sülhə aparan yol deyil, etibarlı razılaşma əldə edilməlidir", deyə o, qeyd edib.
Rusiyanın baş diplomatı qərbli həmkarlarının bostanına da daş atıb:
"Onlar Rusiyanın təcrid olunması ilə bağlı siyasi qərar qəbul ediblər. ABŞ texnoloji inkişafı cilovlamaq üçün Rusiya və Çin kimi rəqiblərini sıradan çıxarmaq istəyir. Avropa da müəyyən dərəcədə rəqibə çevrilib”.
Bizim.Media