Lukaşenkodan Azərbaycana başsağlığı

Hazırda oxunan: Lukaşenkodan Azərbaycana başsağlığı

226948

Belarus lideri Aleksandr Lukaşenko AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici KİV yayıb.

"Belaruslar qardaş Azərbaycan xalqının başına gələn müsibətin ağırlığını və əvəzi olmayan itkilərin kədərini bölüşürlər", deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin