İsveçlilər İsveç stolunu icad etdilər, hindlilər isə... - VİDEO

Hazırda oxunan: İsveçlilər İsveç stolunu icad etdilər, hindlilər isə... - VİDEO

226871

Sosial şəbəkələrdə hindlilərin yerə tökülən yeməkləri necə yedikləri ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, videoda hindli qadın su ilə yeri təmizləyir, ona və digər vətəndaşlara yemək paylayan şəxs isə həmin yeməkləri yerə tökür.
 

Bu görüntüləri sosial şəbəkə istifadəçiləri kinayə ilə “İsveç stolu" ilə müqayisə ediblər.


Xatırladaq ki, İsveçdə belə stola - smorgasbord yəni “buterbrod stolu” yaxud “ yemək yeri” deyirlər.

Buterbrod deyəndə isə İsveçdə yeməli hər şey nəzərdə tutulur. Yüzillər qabaq skandinavlar ərzaqları uzun müddət saxlamaq üçün hazırlayırdılar. Evə qonaq gəldikdə isə ünsiyyətə üstünlük verən isveçlilər böyük qablarda bütün yeməklərdən stolun üstünə qoyur, bununla da qonağa qulluq etmək əziyyətindən canlarını qurtarıb, ünsiyyətə daha çox vaxt saxlayırdılar.Sonradan vikinqlərin (yəni skandinavların) hakimiyyətdə olduqları, ən sonda isə bütün Avropada belə stol açmaq növü tez yayıldı.

Qeyd edək ki, Fransada “İsveç stolu”na “bufet” deyirlər. Lakin rus dilində bu söz yemək saxlanan yerlərə "bufet" deyildiyi üçün qonağa açılan stola “İsveç stolu” deməyə başladılar.

Sonrakı dövrlərdə Rusiyada yarımfabrikatlardan yemək hazırlanan yerlərə də “bufet” deməyə başladılar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin