Xameneinin müşavirinin oğlu Rusiyaya Xəzər dənizi vasitəsilə silah göndərir?

Hazırda oxunan: Xameneinin müşavirinin oğlu Rusiyaya Xəzər dənizi vasitəsilə silah göndərir?

226786

İranın neft maqnatı Hüseyn Şamxani Xəzər dənizindən Rusiyaya silah daşınmasında əsas rol oynayır.

Bizim.Media xəbər verir ki, “Bloomberg” bu barədə ABŞ, Böyük Britaniya və Aİ rəsmilərinə, eləcə də əməliyyatlarla tanış olan insanlara istinadən yazıb.

Onların sözlərinə görə, ötən ildən Şamxanı ilə əlaqəli şirkətlər şəbəkəsi, o cümlədən Dubayda yerləşən “Crios Shipping” MMC öz gəmilərində silah, dron hissələri və ikili təyinatlı malların daşınmasına başlayıb.

Məlum olub ki, əvvəllər Aralıq dənizi və Qara dəniz marşrutları ilə üzən “Crios”a məxsus gəmilər 2023-cü ilin ortalarında Xəzər dənizinə keçib və o vaxtdan İran və Rusiya arasında hərəkət edir.

Bura "Sea Castle" (Tooka kimi tanınır) və "Sea Anchor" (Roja kimi tanınır) gəmiləri də daxildir Bu il "Sea Castle" və "Sea Anchor" İran limanlarından Həştərxana ən azı beş reys həyata keçirib.
 

"Bloomberg"in mənbələrinə görə, Moskva bu yüklərin pulunu neftlə ödəyir. Agentliyin həmsöhbətləri iddia edirlər ki, İrandan Rusiyaya silah tədarükünün təxminən dörddə biri Şamxaninin nəzarətində olan şirkətlər vasitəsilə həyata keçirilir. İranın biznes imperiyasına həmçinin London, Cenevrə və Sinqapurda ofisləri olan hedc fondu və neft tankerləri və yük gəmiləri də daxil olmaqla onlarla gəmidən ibarət donanma daxildir.


Hüseyn Şamxani İranın keçmiş müdafiə naziri və hazırda ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxaninin oğludur. Avqust ayında Bloomberg yazıb ki, kiçik Şamxani İran və Rusiyanın xam neft ixracatının əhəmiyyətli hissəsini təşkil edən neft imperiyasına sahibdir. Agentliyin məlumatına görə, o, Dubayda qeydiyyatdan keçmiş, şirkətlər şəbəkəsini idarə edən və mövcud olduğu müddətdə (2022-ci ildən) İran, Rusiyadan və digər ölkələrdən malların satışından milyardlarla dollar qazana bilmiş "Milavous Group" Ltd şirkəti ilə əlaqəlidir.

Milavous isə Şamxanı ilə hər hansı əlaqəni təkzib edib. Özü də bildirib ki, logistika biznesi ilə məşğuldur, neft ticarəti ilə heç bir əlaqəsi yoxdur və yalnız sanksiyalar altında olmayan ölkələrdə işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin