Matviyenko: Ukrayna ilə bağlı danışıqlar prosesi 2025-ci ildə başlaya bilər

Hazırda oxunan: Matviyenko: Ukrayna ilə bağlı danışıqlar prosesi 2025-ci ildə başlaya bilər

226783

“Ukrayna üzrə danışıqlar prosesi 2025-ci ildə başlaya bilər”.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O bildirib ki, istənilən danışıqlarda kompromislər axtarmaq lazımdır, ancaq əsas şərtlər yerinə yetirilməklə, çünki Rusiya öz milli maraqlarını qorumaqdan geri çəkilməyəcək:

“Mənim fikrimcə, danışıqlar prosesi çox çətin olacaq. Siyasət kompromis axtarışıdır”.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban Ukrayna münaqişəsinin 2025-ci ildə bitəcəyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin