Qazaxıstan yanvarın 1-dən BRICS-in tərəfdaş ölkəsi olacaq

Hazırda oxunan: Qazaxıstan yanvarın 1-dən BRICS-in tərəfdaş ölkəsi olacaq

226742

Qazaxıstan 2025-ci ildə BRICS-in "tərəfdaş ölkə"si statusunu alacaq.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov yayıb.

"Bəli, Qazaxıstan BRICS-in “tərəfdaş ölkə”si statusunu alır", - A.Smadiyarov Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun müvafiq bəyanatını təsdiqləyərək bildirib.

Y.Uşakov ötən gün bildirib ki, Kazan sammitinin mühüm nəticələrindən biri BRICS-in tərəfdaş ölkələri kateqoriyasının təsis edilməsi və 13 dövlətdən ibarət siyahının razılaşdırılması olub.

Bu dövlətlərə müvafiq dəvətlər göndərilib. Bu günə qədər Belarus, Boliviya, İndoneziya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan BRICS-in tərəfdaş ölkəsi olmağa hazır olduqlarını təsdiq edib.

Onun sözlərinə görə, sadalanan ölkələr 2025-ci il yanvarın 1-dən rəsmi olaraq BRICS-in “tərəfdaş dövlətlər”i statusunu alacaqlar.

BRICS 2006-cı ilin iyun ayında təsis edilib və dinamik inkişaf edən iqtisadiyyata malik olan ölkələrin qeyri-rəsmi dövlətlərarası birliyidir. Təşkilata Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin