"Türkiyə Suriyanın yeni hakimiyyətinə 300 min nəfərlik nizami ordu yaratmaqda kömək edəcək".
Bizim.Media xəbər verir ki, bu barədə ərəb respublikasının yeni rəhbərliyini təmsil edən general Əhməd Osman "Türkiyə" qəzetinə bildirib.
Onun sözlərinə görə, Suriyada ordunun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər iştirak edəcəklər.
"Məqsədimiz il yarım ərzində 300 min nəfərlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət bunu zəruri edir", - deyə o bildirib.
Bizim.Media