Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyat keçirəcək?

Hazırda oxunan: Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyat keçirəcək?

226724

Əgər Suriyada olan kürd yaraqlılar silahı yerə qoymaqdan imtina edərsə, Ankara və Dəməşq onlara qarşı birgə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.

Bizim.Media Türkiyənin "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hakimiyyətinə yaxın mənbədən məlumat verilib.

Belə ki, Suriyada müvəqqəti hökumət qurulduqdan dərhal sonra PKK (Kürdüstanın Fəhlə Partiyası) və İŞİD (İraq Şam İslam Dövləti) kimi terror təşkilatlarına silahlarını yerə qoymaq barədə çağırış ediləcək.

"Əgər silahlı qruplaşmaların cavabı mənfi olarsa, Suriya ordusu və Türkiyə silahlı qüvvələri ərazilərin azad edilməsi üçün birgə hərəkətlərə başlayacaq", - deyə mənbə vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin