İspaniyanın "Valensiya" klubu baş məşqçisi Ruben Baraxa ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi komandanın uğursuz çıxışlarına görə bu qərarı verib. "Valensiya" hazırda La Liqada 17 oyuna 12 xalla 19-cu sırada yer alıb.
Ruben Baraxa 2023-cü ilin fevralından “Valensiya”nı çalışdırırdı.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü futbolçu kimi 2000-2010-cu illərdə "Valensiya"da çıxış edib. O, "yarasalar"la 2 dəfə İspaniya çempionu olub. Həmçinin, UEFA kubokunu və Superkubokunu qazanıb.
Bizim.Media