“Honda” və “Nissan” şirkətləri birləşmək İSTƏYİRLƏR

Hazırda oxunan: “Honda” və “Nissan” şirkətləri birləşmək İSTƏYİRLƏR

226628

Yaponiyanən ən məşhur avtomobil markalarından olan “Honda” və “Nissan” şirkətləri birləşmək qərarına gəliblər.

Bizim.Media xəbər verir ki, müqavilə baş tutsa, birləşmiş holdinq “Toyota” və “Volksvagen”dən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq.

Yaponiyanın ikinci və üçüncü ən böyük avtomobil istehsalçıları arasında aparılan danışıqlar, bir çox analitiklər və investorların Çinli rəqiblərin getdikcə daha çox təzyiqi altında olan Yaponiya avtomobil sənayesində çoxdan gecikmiş konsolidasiya kimi gördüklərinə doğru bir addımdır.

Yeni konsernə 2016-cı ildən “Nissan” ilə ittifaqda olan (şirkətin üçdə birinə sahib olan) başqa bir yapon avtomobil istehsalçısı olan “Mitsubishi Motors” da daxil ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin