Trampdan qeyri-qanuni miqrantlarla bağlı AÇIQLAMA: Onlar üçün sərhədi bağlayacam

Hazırda oxunan: Trampdan qeyri-qanuni miqrantlarla bağlı AÇIQLAMA: Onlar üçün sərhədi bağlayacam

226507

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gündən ölkə sərhədini qeyri-qanuni miqrantlar üçün bağlamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Kabinetdə olduğum ilk gün sərhədimizi qeyri-qanuni miqrantlara bağlamaq üçün tarixi fərmanlar paketini imzalayacağam”, - deyə Tramp bildirib.

Bundan əlavə, o, ABŞ tarixində ən böyük deportasiyaya başlamaq planları olduğunu da deyib.

Daha əvvəl Tramp bildirib ki, onun administrasiyası ordudan istifadə etməyə və qanunsuz miqrantların kütləvi şəkildə deportasiyası üçün fövqəladə vəziyyət elan etməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin