ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) tez bir zamanda çıxmasında israrlıdır.
Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Mənbə qeyd edir ki, Trampın ətrafı ölkənin təşkilatdan çıxmağını yanvarın 20-də inauqurasiya günü elan etməyi planlaşdırır.
Ekspertlər ABŞ-nin qurumu tərk etmək planını qlobal sağlamlıq üçün "fəlakət" adlandırıblar, çünki ölkə ÜST-nin ən böyük donorudur.
Son illərdə Vaşinqton qurumun maliyyəsinin təxminən 16%-ni təmin edib.
Xatırladaq ki, Tramp 2020-ci ilin yayında ilk prezidentlik müddətində ABŞ-ın ÜST-dən çıxması prosesinə artıq start vermişdi. O, təşkilatı Çinin maraqlarına xidmət etməkdə və koronavirusun yayılması səbəbindən müvafiq tədbirlərin görülməməsində ittiham etmişdi. Rəsmi olaraq ABŞ 2021-ci ilin iyulunda təşkilatı tərk etməli idi, lakin Co Bayden prezidentliyinin ilk günündə Trampın sərəncamını ləğv etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:35 / 22.12.2024
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxacaq?
Hazırda oxunan: ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxacaq?
Hazırda oxunan: ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxacaq?
226441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.