Rəsmi Ankara Suriyada ərazi bütövlüyü və sabitliyin bərpası üçün yeni hakimiyyətlə birgə çalışacaq.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.
O, Suriyada terrorçu birləşmələri ilə mübarizənin davam edəcəyini qeyd edib.
"Terror təşkilatlarının qeyri-sabitlikdən sui-istifadə etməsinə icazə verilməyəcək. Əməliyyatlarımız düşündüyümüz kimi və yeni güclə davam edəcək", - deyə nazir vurğulayıb.
Bizim.Media