Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk Neft Emalı Zavoduna (NEZ) dron hücumu olub.
Bizim.Media xəbər verir ki, regionun qubernatoru Yuri Slüsar sənaye müəssisəsinə dron hücumu və sonrakı yanğın faktını təsdiqləyib.
“Novoşaxtinskdə PUA hücumu nəticəsində Novoşaxtinsk Neft Məhsulları Zavodunda yanğın baş verib. Xilasetmə qrupları hadisə yerinə yollanıb. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir”, – Slüsar Telegramda yazıb.
Bizim.Media