Moldovanın seçilmiş Prezidenti Maya Sandu respublika Sarayında dekabr 24-də keçirilməsi planlaşdırılan andiçmə mərasimindən sonra ikinci prezidentlik müddətini rəsmi olaraq icra etməyə başlayacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “TV 8” telekanalına Prezidentin müşaviri Andrian Belutsel məlumat verib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin noyabrın 3-də keçirilən ikinci turunun nəticələrinə əsasən Maya Sandu səslərin 55,33 %-ni toplayaraq müxalifət namizədi Aleksandr Stoyanoqlonu qabaqlayıb.
Qeyd edək ki, ölkə prezidenti dörd illik müddətə seçilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:30 / 18.12.2024
Maya Sandu dekabrın 24-də and içəcək
Hazırda oxunan: Maya Sandu dekabrın 24-də and içəcək
Hazırda oxunan: Maya Sandu dekabrın 24-də and içəcək
225891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.