Çində daha bir məmur korrupsiya əməllərinə görə edam ediləcək

Hazırda oxunan: Çində daha bir məmur korrupsiya əməllərinə görə edam ediləcək

225832

Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçin şəhərinin keçmiş mer müavini Sion Süe korrupsiya əməllərinə görə edam ediləcək.

Bizim.Media xəbər verir ki, Cencou şəhərinin xalq məhkəməsi sabiq məmurun 1999-2023-cü illərdə müxtəlif vəzifələrdə çalışarkən mövqeyindən istifadə edərək, fərdi şəxslərə və şirkətlərə layihə müqavilələri və torpaq əldə etmə məsələsində kömək etdiyini təsdiqləyib.
 

Onun sözügedən əməlləri müqabilində 148 milyon yuan (təxminən 20,6 milyon ABŞ dolları) rüşvət əldə etdiyi sübuta yetirilib. Məhkəmə sabiq məmurun 2 illik möhlətlə güllələnməsinə, bütün siyasi hüquqlardan məhrum edilməsinə, şəxsi əmlakının və sərvətinin müsadirə edilməsinə qərar verib.


Qeyd edək ki, Si Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının rəhbəri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb. Ötən müddətdə on minlərlə məmur edam cəzası da daxil olmaqla müxtəlif formada cəzalandırılıb. Onlar arasında nazirlər, qubernatorlar, merlər, partiya rəsmiləri, ali rütbəli hərbçilər, iri dövlət şirkətlərinin rəhbərləri də var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin