Rusiyalı generalı öldürənlərdən biri Özbəkistan vətəndaşıdır - 100 min dollar qarşılığında... – DETALLAR

Hazırda oxunan: Rusiyalı generalı öldürənlərdən biri Özbəkistan vətəndaşıdır - 100 min dollar qarşılığında... – DETALLAR

225808

Rusiya Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinənlərdən biri Özbəkistan vətəndaşıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada generalı öldürənlər TUTULDU


Məlumata görə, general-leytenant İqor Kirillovun qətlində şübhəli şəxs qismində 1995-ci il təvəllüdlü Əhmad Kurbanov Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülüb.

Onların tapşırığı ilə o, Moskvaya gəlib və əldəqayırma partlayıcı qurğunu Kirillovun evinin girişində saxladığı skuterə yerləşdirib.

Kirillovu müşahidə etmək üçün o, avtomobil icarəyə götürüb və orada Dnepropetrovska yayımın aparıldığı videokamera quraşdırıb. Hərbçilərin girişdən çıxması ilə bağlı video siqnal daxil olduqdan sonra partlayıcı qurğu onlar tərəfindən uzaqdan işə salınıb.

Cinayətə görə ona Ukrayna tərəfindən 100 min dollar və Avropa ölkələrindən birində daimi yaşayış yeri ilə təmin olunma vəd edilmişdi.

Özbəkistan Daxili İşlər Nazirliyi Kirillov işində saxlanılan şəxs haqqında məlumatın olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin