Ukrayna Macarıstanın vasitəçiliyindən İMTİNA ETDİ: “Orbana ehtiyacımız yoxdur”

Hazırda oxunan: Ukrayna Macarıstanın vasitəçiliyindən İMTİNA ETDİ: “Orbana ehtiyacımız yoxdur”

225732

“Macarıstanın Baş naziri Viktor Orbana vasitəçi kimi ehtiyacımız yoxdur. Bu alınmayacaq, onu yaxınımıza buraxmayacağam. Bizim ABŞ ilə birbaşa əlaqələrə ehtiyacımız var”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Lvovda keçirilən Ümumukrayna Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ÇIXILMAZ DURUMDA – Sülh danışıqları Zelenskinin SONUNU GƏTİRƏCƏK?


Zelenski qeyd edib ki, Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir:

“Orban Rusiya lideri Vladimir Putinə necə təzyiq edəcək? Onun bizimki kimi ordusu varmı? Necə edəcək, gülümsəyərək?! Qoy vasitəçiliyini özü üçün saxlasın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin