"Beynəlxalq ictimaiyyət təəssüf ki, 13 il ərzində Suriya xalqı qətliama məruz qaldığı zaman lazım olan dəstəyi göstərmədi".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib.
Ərdoğan Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub:
“Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam edəcək. Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”.
O qeyd edib ki, bundan sonra Suriyanın dirçəlməsi üçün qonşu, dost ölkələr, həmçinin Aİ və digər beynəlxalq təşkilatların dəstəyinə ehtiyac var.
Bizim.Media