Putin “Kortej”lə bağlı tapşırıq verdi: Kütləvi istehsal...

Hazırda oxunan: Putin “Kortej”lə bağlı tapşırıq verdi: Kütləvi istehsal...

225684
“Kortej” layihəsi çərçivəsində avtomobillərin kütləvi istehsalına başlanılmalıdır.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rostex”in rəhbəri Sergey Çemezovla görüşü zamanı deyib.

“Cip və sedanların normal istehsalını təşkil etmək və kütləvi istehsala başlamaq lazımdır”, - Putin bildirib.

Onun sözlərinə görə, həmin avtomobilləri istənilən gəlirli şəxslər əldə edə bilərlər.

Putin eyni zamanda “Kortej” layihəsindən olan limuzini çox bəyəndiyini söyləyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin mayın 7-də keçirilən andiçmə mərasiminə “Kortej” layihəsindən olan limuzində getmişdi.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin