Ukraynada 2 kilometrdən çox hündürlükdə hava hədəflərini vura bilən Trizub adlı lazer silahı var.
Bizim.Media "İnterfaks-Ukrayna" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, polkovnik Vadim Suxarevski bildirib.
“Bu gün deyə bilərik ki, Ukrayna dünyada lazer silahına malik beşinci ölkəyə çevrilib. Hazırda biz artıq onun köməyi ilə 2 kilometrdən çox hündürlükdə təyyarələri vurmağa qadirik”, - deyə Suxarevski bildirib.
Polkovnik qeyd edib ki, Pilotsuz Sistemlər Qüvvələri bu silahların imkanlarını genişləndirmək və artırmaq üçün çalışır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							09:44 / 17.12.2024
							
						Ukrayna Silahlı Qüvvələri lazer silahlarına malik olduğunu açıqladı
						
							
								Hazırda oxunan: Ukrayna Silahlı Qüvvələri lazer silahlarına malik olduğunu açıqladı							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Ukrayna Silahlı Qüvvələri lazer silahlarına malik olduğunu açıqladı							
						225608
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































