Suriyanın sabiq rəhbəri Bəşər Əsəd nə rəsmilərə, nə də öz qohumlarına xəbər vermədən gizli şəkildə Moskvaya qaçıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Reuters”in məqaləsində qeyd edilib.
Bildirilib ki, Moskvaya qaçmazdan əvvəl Əsəd yüksək rütbəli hərbi rəhbərləri Rusiyanın köməyinin yolda olduğuna inandırıb və onları dayanmağa çağırıb. Lakin bir neçə saat sonra o, Dəməşqdən Rusiyanın Xmeymim aviabazasına, oradan isə Moskvaya uçub.
Hətta ən yaxın ətrafı da onun planları haqqında heç nə bilmirdi. Prezidentin kiçik qardaşı və elit diviziyanın komandiri Maher Əsəd İraq vasitəsilə Rusiya Federasiyasına qaçmağa məcbur olub.
Livana getməyə çalışan əmisi oğlu Ehab və Eyad Makhlouf üsyançılar tərəfindən pusquya düşürülüb, Ehab öldürülüb, Eyad isə yaralanıb.
İddiaya görə, Əsədin ailəsi - həyat yoldaşı Əsma və uşaqları Moskvada onu gözləyiblər.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/12/13/1734111679_5397807304843321561.jpg)
- A-
- A
- A+
Dünya
21:45 / 13.12.2024
Bəşər Əsəd Moskvaya qaçış planını hətta qardaşından da gizlədib - KİV
Hazırda oxunan: Bəşər Əsəd Moskvaya qaçış planını hətta qardaşından da gizlədib - KİV
Hazırda oxunan: Bəşər Əsəd Moskvaya qaçış planını hətta qardaşından da gizlədib - KİV
225164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.