Şolts: “Putinlə yenidən danışacam, lakin illüziyaya ehtiyac yoxdur”

Hazırda oxunan: Şolts: “Putinlə yenidən danışacam, lakin illüziyaya ehtiyac yoxdur”

224952

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə son telefon zəngindən sonra fikir ayrılıqlarına baxmayaraq, Kremllə yeni danışıqlara hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Şolts “RTL” telekanalının efirində danışıb.

Şolts vurğulayıb ki, Putinlə dialoq onu məyus edib, çünki Rusiya lideri bütün ifadələrini təkrarlayıb.


O bildirib ki, növbəti zəng zamanı yenidən Putindən sülh inkişafı ilə bağlı zəmin yarana bilməsi üçün qoşunları Ukrayna ərzisindən geri çəkməyi xahiş etmək istəyir:

“Bu olmalıdır və mən bunu yenə edəcəm. Lakin bununla bağlı heç bir illüziyaya ehtiyac yoxdur".


Almaniya kanslerinin sözlərinə görə, telefon danışığı lazım idi, çünki Berlin Ukraynaya dəstəyini davam etdirəcəyini açıq şəkildə bildirib.

Qeyd edək ki, Putin və Şolts arasında iki illik fasilədən sonra ilk telefon danışığı Berlinin təşəbbüsü ilə noyabrın 15-də baş tutmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin