ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Çin sədri Si Cinpini öz inauqurasiya mərasiminə dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “CBS News” yayıb.
Mənbə qeyd edib ki, dəvət Çin liderinə hələ noyabrda, seçkilərdən dərhal sonra göndərilib.
Yeri gəlmişkən, Cinpinin dəvəti qəbul edib-etmədiyi hələ bəlli deyil.
Xatırladaq ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Bizim.Media