Amerikanın “Meta” şirkəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa 1 milyon dollar bağışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edib ki, bu addım şirkətin rəhbəri Mark Zukerberqin ABŞ-ın yeni seçilmiş prezidenti ilə münasibətləri yaxşılaşdırmaq üçün atılıb:
“”Meta” Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə edib, bu, baş direktor Mark Zukerberqin gələcək prezidentlə bir vaxtlar gərgin olan münasibətlərini gücləndirmək üçün son addımı olub”.
Məlumata görə, ianəni şirkət özü də təsdiqləyib.
Nəşr xatırladır ki, Tramp seçki kampaniyası zamanı texnologiya maqnatı ona qarşı seçkiyə təsir göstərməyə çalışarsa, onu cəzalandıracağı ilə hədələyib.
Bizim.Media