Moldova Rumıniya ilə birləşəsi olmadı

Hazırda oxunan: Moldova Rumıniya ilə birləşəsi olmadı

224874
Moldova suveren və müstəqil dövlətdir və hal-hazırda onun Rumıniya ilə birləşməsindən söz belə gedə bilməz.

Bu sözləri Moldovanın baş naziri Pavel Filip səsləndirib.

“Ölkələrin birləşməsi, onların identikliyi, dilin eyni olması barədə çox sözlər eşitdik, mən isə ölkənin inkişafı üçün konkret addımların atıldığını görmək istəyirəm”, - deyə Filip vurğulayıb.

Filip Moldovanın Rumıniyadan müstəqil olduğunu qeyd edib və onların yalnız Avropa İttifaqının tərkibində birləşməsini arzuladığını diqqətə çatdırıb.

“Bəzi dövlətlər isə millətçilər arasında təhrikçiliklə məşğul olur”, - deyə nazir Rusiya və Rumıniyanın bostanına daş atıb.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin