Zaxarova: “Moldova Ukraynanın yolu ilə gedir”

Hazırda oxunan: Zaxarova: “Moldova Ukraynanın yolu ilə gedir”

224812

“Kişinyov Kiyev rejiminin azğın yolu ilə gedir”.

Bizim.Media TASS-a istinadən xəbər veir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
 

O, Kişinyovun Londonla müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq sazişi imzalamasını şərh edib.


“Moldova hakimiyyəti Kiyev rejiminin azğın yolu ilə getməyə davam edir, respublikanın təhlükəsizliyini, onların sakinlərinin taleyini sözün əsl mənasında Qərbin ixtiyarına verir. Qərb ölkələri belə vəziyyətlərdə resursları maksimum dərəcədə sıxışdırır, vəziyyəti xaosa sürükləyir, sonra yardım alan tərəfə problemləri özlərinin həll etməyini təklif edirlər. İnanılmazdır? Baxın görün, onlar Ukraynada nə ediblər?", - deyə Zaxarova əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin