Əsəd Suriyadan rus kəşfiyyatçılarının köməyi ilə qaçıb

Hazırda oxunan: Əsəd Suriyadan rus kəşfiyyatçılarının köməyi ilə qaçıb

224797

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd təyyarəyə mindirilərək rus kəşfiyyatçılarının köməyi ilə Latakiya əyalətində yerləşən Rusiyanın Xmeymim aviabazasına gətirilib və oradan da Rusiyaya aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Mənbələr təsdiqləyib ki, Əsədin təyyarəsi islamçıların hava hücumundan müdafiə vasitələri tərəfindən izlənilməmək və hədəfə düşməmək üçün transponderləri söndürülmüş halda Dəməşqdən Xmeymim istiqamətinə uçub.
 

Dekabrın 8-də isə Əsədin ölkəni naməlum istiqamətdə tərk etdiyi bildirilir.


Adı açıqlanmayan Suriya ordusunun yüksək rütbəli zabitləri bildiriblər ki, onun təyyarəsi Dəməşqdən havaya qalxıb.

Flightradar 24 xidməti isə qeyd edib ki, təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin