“Suriyada son həftələr baş verən hadisələr region üçün tarixi dövrdür. Suriya xalqının önündə işıqlı bir fürsət pəncərəsi açılıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının ölkənin vilayətlərindəki yerli təşkilatlarının rəhbərləri ilə görüşündə deyib.
Ərdoğan qeyd edib ki, çox yaxın gələcəkdə İŞİD və PKK terrorçularının fəaliyyət göstərdiyi Suriya əraziləri azad ediləcək.
“Türkiyə Suriyada bugünkü nailiyyətləri əldə etmək üçün həddən artıq səy göstərib. Başqalarının Suriya xalqından üz döndərdiyi bir vaxtda biz qapılarımızı qonşu ölkədən milyonlarla insanın üzünə açdıq. Ankara yeni gərginlik dövrələrinə və Suriyanın təkrar qarşıdurma zonasına çevrilməsinə yol verməyəcək”, - deyə Ərdoğan əmin edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:12 / 11.12.2024
“Suriyada son həftələr baş verənlər region üçün tarixi dövrdür” - Ərdoğan
Hazırda oxunan: “Suriyada son həftələr baş verənlər region üçün tarixi dövrdür” - Ərdoğan
Hazırda oxunan: “Suriyada son həftələr baş verənlər region üçün tarixi dövrdür” - Ərdoğan
224687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.