Nobel mükafatı laureatlara təqdim edildi - FOTO

Hazırda oxunan: Nobel mükafatı laureatlara təqdim edildi - FOTO

224640

İsveçin paytaxtı Stokholmda Nobelin builki laureatlarına mükafatlar təqdim edilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, təqdimetmə mərasimində İsveç Kralı ХVI Karl Qustav da iştirak edib.

Qeyd edək ki, mərasim hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anma günündə keçirilir. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.

Xatırladaq ki, bu il “Nobel” Sülh mükafatı Yaponiyanın Nihon Hidankyo təşkilatına təqdim edilib.

Ədəbiyyat üzrə Han Kang, iqtisadiyyat üzrə Daron Əcəmoğlu, Saymon Conson, Ceyms A.Robinson, fizika üzrə John J. Hopfield, Geoffrey E. Hinton, kimya üzrə David Beyker, Demis Hassabis, Con M. Camper, fiziologiya və ya tibb üzrə Victor Ambros və Gary Ruvkun 2024-cü ilin Nobel mükafatı laureatları elan edilib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin