Braziliya Prezidenti Luis İnasio Lula da Silva əməliyyat olunub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sirio-Libanes xəstəxanası məlumat yayıb.
"Kəllə sümüyünün trepanasiyası fəsadsız keçib. Hazırda prezidentin vəziyyəti yaxşıdır və intensiv terapiya palatasında müşahidə altındadır", - məlumatda qeyd olunub.
O, baş ağrısı səbəbindən ötən gün axşam müayinə üçün xəstəxanaya yerləşdirilib.
MRT müayinəsi zamanı oktyabrın 19-da baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb. Bundan sonra o, xəstəxananın paytaxt filialından San-Pauluya köçürülüb və hematomaya drenaj qoymaq üçün kəllə sümüyünün trepanasiyası həyata keçirilib.
Bizim.Media