Türkiyəli iş adamına 10 il həbs verildi

Hazırda oxunan: Türkiyəli iş adamına 10 il həbs verildi

224568

Baş ofisi Fransada yerləşən “Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyinin direktoru Mehmet Şahan xüsusilə külli miqdarda yeyintidə təqsirli bilinib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, türkiyəli iş adamının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Belə ki, M.Şahan 8 milyon 860 min manat mənimsəmədə ittiham edilib.

İstintaq materiallarında qeyd olunub ki, Şahan 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd, eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəyib.

7 il “Thales”in Azərbaycandakı nümayəndəliyində rəhbərlik edən M.Şahan 2022-ci ilin fevralında həbs edilib. İş adamı ifadəsində deyib ki, uzun müddət Fransada yaşayıb, fransızcanı mükəmməl bildiyi üçün Azərbaycana şirkət nümayəndəsi göndərilib.

İttihamlara münasibətdə özünü təqsirli bilməyib.

Buna baxmayaraq, məhkəmə istintaqı ilə M.Şahana verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Hökmə əsasən, o, xüsusilə külli miqdarda mənimsəmə cinayəti törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Şahan haqqında Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlə edilib. İddia edilirdi ki, şirkətin çalışanlarının əməkhaqları və dövlətin vergi ödənişləri ödənilməyib, aylıq nümayəndəliyə məxsus pul vəsaitləri onun tərəfindən mənimsənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin