Netanyahu: Qolan təpələri İsrail dövlətinin ayrılmaz hissəsi olaraq qalacaq

Hazırda oxunan: Netanyahu: Qolan təpələri İsrail dövlətinin ayrılmaz hissəsi olaraq qalacaq

224500

Qolan təpələri (Colan təpələri) əbədi olaraq İsrail dövlətinin ayrılmaz hissəsi olaraq qalacaq.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.

Netanyahu həmçinin bildirib ki, İsrailin “Hizbullah”a və İran hədəflərinə qarşı hərbi zərbələri Suriyadakı vəziyyətə, o cümlədən prezident Bəşər Əsədin gücünü zəiflətməyə əhəmiyyətli dərəcədə təsir edib.


O qeyd edib ki, İsrail Yaxın Şərqin siyasi simasını dəyişməyə sadiqdir və dinc yanaşı yaşamaqda maraqlı olanlarla dialoqu davam etdirir.

Qeyd edək ki, daha əvvəl Suriya ilə sərhəddə bufer zonasına İsrail tankları, zirehli transportyorları və əsgərləri daxil olub.

Xatırladaq ki, Qolan təpələri 1967-ci ildə altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib və 1981-ci ildə rəsmən ilhaq edilib. Bu addım hələ beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin