ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby xanımı ilə birgə Gəncəyə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Səfirliyin "X" hesabında paylaşım edilib.
Diplomat və xanımı Gəncədə Azərbaycan-Ermənistan münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib:
“Səfir Libby Gəncəyə səfəri zamanı Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı verib.
Birləşmiş Ştatlar bu regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir".
Bizim.Media