Məşhur jurnal Makronu kor xoruza bənzətdi - FOTO

Hazırda oxunan: Məşhur jurnal Makronu kor xoruza bənzətdi - FOTO

224435

Fransada yaşanan hökumət böhranı səbəbindən Emmanuel Makron mətbuatın tənqid hədəfinə çevrilib.

Bizim.Media xəbər verir ki, nüfuzlu "The Economist" jurnalında da Fransadakı böhranla bağlı məqalə dərc olunub. 

Sözügedən məqalədə sentyabr ayında təyin edilən Baş nazir Mişel Barnierin istefası Makronun məğlubiyyəti kimi şərh edilib. 

Məqalənin baş fotosunda isə gözü bağlı xoruzun uçuruma doğru getdiyi öz əksini tapıb. 
 

Qeyd edək ki, xoruz Fransanın milli simvoludur. Nəşr bu cür baş foto seçməklə Makron iqtidarının uçuruma yuvarlanmaq üzrə olduğunu işarə edib.


Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsi ilə bağlı anlaşmazlıqlar səbəbindən Fransa Milli Assambleyası Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib. Nəticədə Barnier dekabrın 5-də istefaya göndərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin